Məzmuna keç

Timo Verner

Vikipediya, azad ensiklopediya
Timo Verner
alm. Timo Werner‎
Verner 2018
Verner 2018
Ümumi məlumatlar
Tam adı Timo Verner
Doğum tarixi 6 mart 1996(1996-03-06) (30 yaş)
Doğum yeri Ştutqart, Almaniya
Vətəndaşlığı
Boyu 1,81
Çəkisi 75 kq
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub Almaniya RB Leypziq
Nömrəsi 11
Karyerası
Gənclik karyerası
2002—2013 Almaniya Ştutqart
Klub karyerası[* 1]
2013—2016 Almaniya Ştutqart 95 (13)
2016—h.h Almaniya RB Leypziq 31 (21)
Milli yığma[* 2]
2011—2012 Almaniya Almaniya U-16 5 (2)
2012—2013 Almaniya Almaniya U-17 18 (16)
2013—2015 Almaniya Almaniya U-19 11 (9)
2015—h.h Almaniya Almaniya U-21 7 (3)
2017—h.h Almaniya Almaniya 5 (3)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Timo Verner (6 mart 1996-cı ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda və Almaniya milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusu.[1]

Klub karyerası

[redaktə | vikimətni redaktə et]

Verner Ştutqart klubu ilə debütünü 1 avqust 2013-cü ildə 2013-14 UEFA Avropa Liqası təsnifat mərhələsində Botev Plovdiv klubunaq qarşı oyunda etmişdir.[2] 17 yaş, 4 ay və 25 günlüyündə meydana çıxan Verner rəsmi oyunlarda oyuna daxil olan ən gənc futbolçu kimi Bundesliqa klubu olan Ştutqart klubunun tarixinə düşmüşdür.[3]

O, Bundesliqada debütünü 17 avqust 2013-cü ildə Bayer Leverkuzen klubuna qarşı oyunda etmişdir. Verner Bundesliqada ilk qolunu 22 sentyabr 2013-cü ildə Ştutqart klubu ilə Ayntraxt Frankfurt klubuna qarşı oyunda vurmuşdur. 10 noyabr 2013-cü ildə Verner Frayburq klubuna qarşı oyunda iki qolla yadda qalmışdır. O, ikinci və üçüncü qolun müəllifi olmuş və komandası 3-1 hesabı ilə qalib gəlmişdir. Bu nəticə ilə Verner Bundesliqa tarixində bir oyunda iki qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür.[4]

Verner 18-ci ad günündə Ştutqart klubu ilə 2018-ci ilin iyun ayına qədər peşəkar müqavilə imzalamışdır. Amma Leypziq 2016-cı ilin yayında 10 milyon avro qarşılığında onu transfer etmişdir.[5]

11 iyun 2016-cı ildə Verner RB Leypziq klubu ilə dörd illik müqavilə imzalamışdır. Transferin qiyməti 10 milyon avro olmuşdur. Verner RB Leypziq klubunun ən bahalı transferi kimi tarixə düşmüşdür.

Milli karyerası

[redaktə | vikimətni redaktə et]

Verner Almaniya millisi ilə 2012 UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir.

Verner 2017-ci ildə Yoahim Lövün rəhbərliyi altında 22 mart 2017-ci ildə İngiltərə milli ilə yoldaşlıq oyunu üçün, 26 mart 2017-ci ildə Azərbaycan millisi ilə 2018 Dünya Kuboku təsnifat mərhələsi oyunu üçün əsas milli komandaya çağırılmışdır.[6] 25 iyun 2017-ci ildə Verner Konfederasiyalar Kubokunda Kamerun millisinə qarşı oyunda iki qolla yadda qalmışdır.

Klub statistikası

[redaktə | vikimətni redaktə et]
6 May 2017 tarixində yenilənib[7]
Klub Mövsüm Liqa Kubok Avropa Ümumi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Ştutqart 2013–143042020344
2014–1532310—333
2015–163363110377
Totals9513613010414
RB Leypziq 2016–17312110—3221
Ümumi karyera12634713013635

Milli komanda qolları

[redaktə | vikimətni redaktə et]
29 İyun 2017 tarixində yenilənib (Nəticələr və qollar Almaniya hesablamasının birinci siyahısındadır.)
#TarixMəkanRəqibHesabNəticəTurnir
1.25 İyun 2017Fişt Olimpiya stadionu, Soçi, Rusiya Kamerun
2–0
3–1
2017 FİFA Konfederasiyalar Kuboku
2.
3–1
3.29 İyun 2017 Meksika
3–1
4–1
  • Fritz Valter Medalı 2013-cü ildə Qızıl (Kateqoriya U17)
  • Fritz Valter Medalı 2015-ci ildə Gümüş (Kateqoriya U19)
  1. ↑ "Werner wechselt für zehn Millionen Euro nach Leipzig". kicker.de (alman). 11 iyun 2016. 3 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2017.
  2. ↑ "Lineups Botev Plovdiv – VfB Stuttgart". uefa.com. UEFA. 1 avqust 2013. 4 yanvar 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2013.
  3. ↑ "Timo Werner on the climb". vfb.de. VfB Stuttgart. 1 avqust 2013. 5 oktyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2013.
  4. ↑ "Blitzstarter: Ibisevic und Werner ebnen den Weg". kicker.de (alman). 10 noyabr 2013. 31 may 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2017.
  5. ↑ "Timo Werner signs until 2018". vfb.de. VfB Stuttgart. 6 mart 2014. 18 dekabr 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 mart 2014.
  6. ↑ ""Absolut verdient": Löw nominiert Werner erstmals". kicker.de (alman). 17 mart 2017. 24 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2017.
  7. ↑ Soccerway.com saytında profili (ing.)

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]