Məzmuna keç

Rayner Vays

Vikipediya, azad ensiklopediya
Rayner Vays
alm. Rainer Weiss
Doğum tarixi 29 sentyabr 1932(1932-09-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 25 avqust 2025(2025-08-25)[4] (92 yaşında)
Vəfat yeri
Elm sahələri fizika, astrofizika
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Fizika üzrə "Nobel" mükafatı — 2017 Asturiya şahzadəsinin mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayner Vays (29 sentyabr 1932[1][2][…], Berlin[3]25 avqust 2025[4], Kembric, Massaçusets[4]) — amerikalı fizik, lazerlər və lazer interferometriyası üzrə mütəxəssis idi. O, qravitasiya dalğalarının aşkarlanmasında ixtisaslaşmış LIGO elmi əməkdaşlığının qurucularından biri idi. Hal-hazırda Massaçusets Texnologiya İnstitutunun fəxri professorudur.[5] O, 2017-ci ildə Fizika üzrə Nobel mükafatına layiq görülüb.

O, 1955-ci ildə fizika üzrə bakalavr, 1962-ci ildə isə fizika üzrə doktorluq dərəcəsini Tafts Universitetində almışdır. 1962-ci ildən 1964-cü ilə qədər Prinston Universitetində Robert Dikkenin laboratoriyasında tədqiqatçı olmuşdur. 1964-cü ildən Massaçusets Texnologiya İnstitutunda işləmiş və 1973-cü ildə professor olmuşdur. 1970-ci illərdə Rayner Vays kosmik mikrodalğalı fon şüalanmasının spektrini ölçməkdə qabaqcıllardan biri olaraq və daha sonra COBE peyk elm qrupunda məsləhətçi kimi işləyib.[6]

O, 25 avqust 2025-ci ildə 92 yaşında Massaçusets ştatının Kembric şəhərindəki bir xəstəxanada vəfat etmişdir.[7]

  • 1998-ci ildə — Manne Siqbana Xatirə Mühazirəsi
  • 2000-ci ildə — Guqqenhaym Təqaüdü[8]
  • 2007-ci ildə — Eynşteyn Mükafatı (APS),("Lazer İnterferometr Qravitasiya-Dalğa Rəsədxanasının uğurlu fəaliyyətinə səbəb olan optik interferometriyaya əsaslanan qravitasiya dalğası detektorlarının inkişafına verdiyi töhfələrinə görə")
  • 2016-cı ildə — Fundamental Fizika Mükafatı (Kip Torn və Ronald Drever ilə birgə), "Astronomiya və fizikada yeni üfüqlər açan cazibə dalğalarının müşahidəsinə görə."[9]
  • 2016-cı ildə — Qruber Mükafatı[10]
  • 2016-cı ildə — Astronomiya üzrə Şao Mükafatı,[11]
  • 2016-cı ildə — Harvi Mükafatı
  • 2016-cı ildə- Kavli Mükafatı, "Qravitasiya dalğalarının birbaşa aşkarlanmasına görə."[12]
  • 2017-ci ildə — Uillis Lemba Mükafatı
  • 2017-ci ildə — Asturiya Şahzadəsi Mükafatı
  • 2017-ci ildə — Fizika üzrə Nobel Mükafatı[13]
  • 2019-cu ildə — Çexiya Respublikası Senatı sədrinin Gümüş Medalı[14]
  1. 1 2 Gregersen E. Rainer Weiss // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Rainer Weiss // Brockhaus Enzyklopädie (alm.). F.A. Brockhaus, 1796.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #1140876023 // Gemeinsame Normdatei (alm.). 2012—2016.
  4. 1 2 3 4 McClain D. L. Rainer Weiss, Who Gave a Nod to Einstein and the Big Bang, Dies at 92 (ing.). / J. Kahn Manhattan: New York Times Company, A. G. Sulzberger, 2025. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X
  5. The Shaw Prize — Top prizes for astronomy, life science and mathematics. Дата обращения: 22 июня 2016. Архивировано 3 ноября 2017 года.
  6. Meet the college dropout who invented the gravitational wave detector. Дата обращения: 3 октября 2017. Архивировано 26 января 2018 года.
  7. McCain, Dylan Loeb (26 августа 2025). Rainer Weiss, Who Gave a Nod to Einstein and the Big Bang, Dies at 92. The New York Times (англ.). Дата обращения: 26 августа 2025.
  8. Райнер Вайсс на сайте Мемориального фонда Джона Саймона Гуггенхайма. Дата обращения: 4 октября 2017. Архивировано 4 октября 2017 года.
  9. Breakthrough Prize. Дата обращения: 22 июня 2016. Архивировано 7 мая 2016 года.
  10. 2016 Gruber Cosmology Prize Press Release | The Gruber Foundation. Дата обращения: 23 июня 2020. Архивировано 3 мая 2019 года.
  11. The Shaw Prize — Top prizes for astronomy, life science and mathematics. Дата обращения: 22 июня 2016. Архивировано из оригинала 7 июня 2016 года.
  12. 9 SCIENTIFIC PIONEERS TO RECEIVE THE 2016 KAVLI PRIZES | The Kavli Foundation. Дата обращения: 22 июня 2016. Архивировано 24 июня 2016 года.
  13. Нобелевскую премию по физике присудили за вклад в изучение гравитационных волн. Interfax.ru. 3 октября 2017. Архивировано 17 октября 2017. Дата обращения: 18 октября 2017.
  14. Stříbrné medaile předsedy Senátu. Дата обращения: 28 декабря 2023. Архивировано 19 сентября 2022 года.