Mersin
| Mersin | |
|---|---|
| Mersin | |
| | |
| 36°48′ şm. e. 34°37′ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 10 ± 1 m |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
| Digər | |
| mersin.bel.tr | |
Mərsin (köhnə adı İcəl) — Türkiyənin Mərsin ilinin mərkəzi, əhali sayına görə onuncu böyük şəhəri. 2016-cı ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən əhalisi 1 773 852 nəfərdir. Böyükşəhər statusuna malikdir. Mersin həm də liman şəhəridir. Mersin limanı Türkiyənin ən böyük limanıdır.
Klassik dövrdə Kilikiya (Kilikya) adlandırılan Mersinin tarixdən əvvəlki dövrlərdən etibarən mühüm yaşayış məskəni olduğu məlumdur. Bölgə ardıcıl olaraq Hetlərin (Hititlər), Friqiyalıların, Aşşurların, Farsların, Makedoniyalıların, Romalıların və Bizanslıların hakimiyyəti altında qalmış, XI əsrdə Səlcuqluların, XV əsrdə isə Osmanlı imperiyasının hakimiyyətinə keçmişdir.
Birinci Dünya müharibəsi zamanı Antanta dövlətləri tərəfindən işğal olunan Mersin, Türkiyənin Milli Mübarizəsi nəticəsində 3 yanvar 1922-ci ildə yenidən Türkiyənin hakimiyyəti altına keçmişdir. 1924-cü ildə Mersin adı ilə vilayət statusu almış, 1933-cü ildə isə mərkəzi Silifkə olan İçel vilayəti ilə birləşdirilərək İçel adlandırılmışdır. 28 iyun 2002-ci il tarixli Rəsmi Qəzetdə dərc olunan 4764 saylı Qanuna əsasən vilayətin adı yenidən Mersin olmuşdur.
Vilayətin sahəsi 15 853 km² təşkil edir və Türkiyənin ərazisinə görə 9-cu ən böyük vilayətidir. O, 36–37° şimal enlikləri və 33–35° şərq uzunluqları arasında yerləşir. Vilayətin quru sərhədlərinin uzunluğu 608 km, dəniz sahilinin uzunluğu isə 321 km-dir.
13 rayondan ibarət olan Mersin, 2025-ci ilin sonuna aid Ünvan Əsaslı Əhali Qeydiyyat Sistemi (ADNKS) məlumatlarına əsasən 1 956 428 nəfər əhalisi ilə Türkiyənin əhalisinə görə 11-ci ən böyük vilayətidir.[1]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "T.C. Mersin Valiliği - Mersin Kent Özeti". www.mersin.gov.tr. 7 iyun 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2026.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et] Türkiyə haqqında olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |