Məzmuna keç

Sitat

Vikipediya, azad ensiklopediya

Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar[1][2]. Sitat səslənən və ya yazılan fikrin nə qədər dəqiq və doğru olduğunu göstərmək, ona inam yaratmaq, eləcə də qeyd olunan ideyanın mənbələrini bildirmək üçün istifadə olunur[3]. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.

Sitatlar yazıda adətən dırnaq işarəsi daxilində ("") verilir[4]. Elmi-akademik yazılarda verilən sitatlar yerləşdirildikləri səhifənin aşağısında, istinadlar isə yazının (kitabın və ya məqalənin) sonunda qeyd olunur[5].

  1. Quote (definition). İstifadə tarixi: 15 aprel 2026.
  2. Quote. İstifadə tarixi: 15 aprel 2026.
  3. Alıntı Nedir?İstifadə tarixi: 3 iyul 2025
  4. What is a quote? İstifadə tarixi: 15 aprel 2026.
  5. Alıntı Nedir? Atıf Yapmak Ne Demek? İstifadə tarixi: 15 aprel 2026.