Məzmuna keç

Pep Qvardiola

Vikipediya, azad ensiklopediya
Pep Qvardiola
kat. Pep Guardiola
Ümumi məlumatlar
Doğum tarixi 18 yanvar 1971(1971-01-18)[1][2][…] (55 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 180 sm
Çəkisi 80 kq, 70 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1984–1990  Barselona B 59 (5)
1990–2001  Barselona 263 (6)
2001–2002  Breşiya 11 (2)
2002–2003  Roma 4 (0)
2003  Breşiya 13 (1)
2003–2005  Al Ahli SC 36 (5)
2005–2006  Dorados de Sinaloa 10 (1)
Milli yığma[* 2]
1991  İspaniya U-21 2 (0)
1991–1992  Spain U-23 12 (2)
1992–2001  İspaniya 47 (5)
1995–2005  Kataloniya 9 (0)
Məşqçi karyerası
2007–2008  Barselona B
2008–2012  Barselona
2013–2016  Bayern Münxen
2016–2026  Mançester Siti
Təltif və medalları
Olimpiya oyunları
Qızıl Barselona 1992futbol
İmzası
İmza

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xosep Qvardiola (18 yanvar 1971[1][2][…], Barselona vilayəti[3][4]) — katalon əsilli ispaniyalı keçmiş futbolçu, Mançester Siti futbol klubunun baş məşqçisi.

Klub karyerası

[redaktə | vikimətni redaktə et]

Xosep Qvardiola futbolçu karyerasına həvəskar futbol klubu olan Gimnastik de Manresada başlayıb. 13 yaşı olanda Barselona B futbol klubuna keçib. Təxminən 6 il bu klubun heyətində çıxış edib, 1990-cı ildən karyerasını Barselona klubunun heyətində davam etdirib. İspaniya milli futbol çempionatında Barselona klubunun heyətində ilk oyununu 16 dekabr 1990-cı ildə Kadiz futbol klubuna qarşı keçirib. Klubun heyətində yarımmüdafiəçi kimi çıxış edən Qvardiola 1997-ci ildə Joze Mari Bakerodan komandanın kapitanı sarğısını təhvil alıb. 1990–2001-ci illərdə Barselonanın heyətində İspaniya milli futbol çempionatında 263, ümumilikdə isə 379 oyun keçirib. Qvardiola 17 iyun 2001-ci ildə Valensiya klubuna qarşı oynadığı oyundan sonra Barselona klubunun heyətindəki çıxışına son qoyub.

Barselona klubundan ayrıldıqdan sonra İtaliya milli futbol çempionatında çıxış edən Breşiya və Roma klublarının heyətində yer alıb. Ancaq İtaliya çempionatında keçirdiyi oyunlarda çox da uğurlu nəticələr göstərə bilməyən Qvardiola Nandrolon testinin nəticələri müsbət çıxandan sonra 4 ay cəza alıb və bununla da İtaliyadakı futbolçu karyersını bitirib. Sonra Qətərin Əl-Əhli və Meksikanın Dorados de Sinaloa klublarının heyətində çıxış edib. Bundan sonra isə futbolçu karyerasına son qoyub.

Milli komanda karyerası

[redaktə | vikimətni redaktə et]

İspaniya milli futbol komandasının heyətində ilk oyununu 21 yaşında ikən 14 oktyabr 1992-ci ildə Şimali İrlandiya milli futbol komandasına qarşı keçirib. Yay Olimpiya oyunları 1992-də olimpiyadanın qızıl medallarını qazanıb. Futbol üzrə dünya çempionatı 1994-də və Futbol üzrə Avropa çempionatı 2000-də İspaniya milli futbol komandasının heyətində çıxış edib. 47 dəfə İspaniya milli futbol komandasının heyətində meydana çıxan Qvardiola bu oyunlarda 5 qol vurub. 14 noyabr 2001-ci ildə İspaniyanın Meksika milli futbol komandasına qarşı keçirdiyi yoldaşlıq oyunundan sonra millinin heyətindəki çıxışlarına son qoyub. Bundan başqa Qvardiola 7 dəfə rəsmən tanınmayan Kataloniya milli futbol komandasının da formasını geyinib.

Məşqçi karyerası

[redaktə | vikimətni redaktə et]

Qvardiola futbolçu karyerasını bitirdikdən sonra 21 iyun 2007-ci ildə Barselona B futbol klubunun baş məşqçisi olub. Frank Raykardın 2007/2008 mövsümündə baş məşqçisi olduğu Barselonanın uğursuz çıxışından sonra bu klubun prezidenti Coan Laporta 8 may 2008-ci ildə klubun baş məşqçisi vəzifəsinə Qvariolanı gətirib. 5 iyun 2008-ci ildə isə Qvardiola Barselona klubu ilə 2 illik müqavilə imzalayıb. Barselonaya baş məşqçilik etdiyi ilk ildə klub İspaniya milli futbol çempionatında çox uğurlu oyun nümayiş etdirərək 100-dən çox qola imza atıb və ölkə çempionu olub. İspaniya kral kubokunda Atletik Bilbaonu 4–1, Çempionlar liqasında Mançester Yunaytedi 2–0, İspaniya super kubokunda Atletik Bilbaonu 2–1 və 3–0, UEFA super kubokunda UEFA kuboku sahibi Şaxtyor Donetsk klubunu əlavə vaxtda 1–0, FIFA dünya klublar kubokunda yarımfinalda Şimali Amerika təmsilçisi Meksika klubu Atlantanı 3–1, finalda isə Cənubi Amerika təmsilçisi Argentina klubu Estudiantesi əlavə vaxtda 2–1 məğlub etməklə mübarizə apardığı 6 turnirin hamısında qalib gələn yeganə klubun — Barselonın baş məşqçisi kimi Qvardiola böyük uğurlara imza atmış olub. Barselona klubu bu oyunu ilə "Kosmos komandası" adını alıb.

Müvəffəqiyyətləri

[redaktə | vikimətni redaktə et]

Futbolçu karyerası

[redaktə | vikimətni redaktə et]

Məşqçi karyerası

[redaktə | vikimətni redaktə et]