Nikolas Vinton
| Nikolas Vinton | |
|---|---|
| ing. Nicholas Winton | |
| | |
| Doğum tarixi | 19 may 1909 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1 iyul 2015[1] (106 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | ürək tutması |
| Uşağı | 3 (Barbara Winton daxil olmaqla) |
| Fəaliyyəti | broker, bankir, xeyriyyəçi, hərbi qulluqçu, müqavimət döyüşçüsü[d], humanist |
| Fəaliyyət illəri | 1938-ci ildən |
| Mükafatları |
|
| nicholaswinton.com | |
Ser Nikolas Corc Vinton (ing. Sir Nicholas George Winton; 19 may 1909, Hampsted, Böyük London – 1 iyul 2015[1], Berkşir[d]) — İkinci Dünya müharibəsi ərəfəsində əsasən yəhudimənşəli olan 669 uşağın nasist Almaniyası işğalı altındakı Çexoslovakiyadan xilas edilməsini təşkil etmiş Britaniya filantropu. Bu fəaliyyət sonradan "Çexiya Kindertransportu" kimi tanınan humanitar əməliyyat çərçivəsində həyata keçirilmişdi. Vinton həmin uşaqlar üçün Britaniyada ailələr tapmış, onların təhlükəsiz şəkildə ölkəyə gətirilməsini təmin etmişdir. Bu səbəbdən Britaniya mətbuatı onu "britaniyalı Şindler" adlandırmışdı.[2] O, həyata keçirdiyi xilasedici fəaliyyət barədə məlumatı 49 il ərzində gizli saxlamışdır.
Həyatı
[redaktə | vikimətni redaktə et]Nikolas Corc Vinton 1907-ci ildə Britaniyaya köçərək xristianlığı qəbul etmiş və ailə soyadını "Vertxaym"dan (alm. Wertheim) dəyişdirmiş alman-yəhudimənşəli ailədən idi. Vinton sistemli təhsil almamış, məktəbi bitirmədən bank işində çalışmağa başlamışdı. Bank sektorundakı təcrübəsini yalnız İngiltərədə yox, Almaniya və Fransada da genişləndirərək 1930-cu illərdə London Fond Birjasında broker kimi fəaliyyət göstərmişdi.
1938-ci ilin sonlarında yəhudi xeyriyyə təşkilatında çalışan dostunun xahişi ilə Praqaya yollanmışdı. Burada yəhudi əhalisinin ağır təhlükə ilə üz-üzə qaldığını anladıqdan sonra şəhərdə qalmağa qərar verərək məskunlaşdığı otelin vestibülündə müvəqqəti bir "ofis" yaratmışdı. Vintonun işi yəhudi uşaqlarının Britaniyaya problemsiz daşınmasını təşkil etməkdən ibarət idi. Bunun üçün Niderland hakimiyyəti ilə tranzit razılaşmalarına, Britaniya hökumətinin tələb etdiyi maliyyə və təşkilati təminatlara ehtiyac var idi. İngiltərədə onun bu fəaliyyətinə ailələr axtarışı prosesində Vintonun anası yardım edirdi.
İkinci Dünya müharibəsi başlayandan sonra Vinton ölkəsinə qayıdaraq əvvəlcə pasifist kimi qeydiyyatdan keçmiş və Qırmızı Xaçda işləməyə başlamış, daha sonra qərarını dəyişərək 1940-cı ildə Britaniya Krallıq Hərbi Hava Qüvvələrinə daxil olmuşdu. O, 1954-cü ildə leytenant rütbəsi ilə ehtiyata buraxılmışdı.
Sonrakı illərdə Vinton Sent-Olban şəhərində böyük bir qocalar evinin təşkili ilə məşğul olmuş, bu sahədəki xidmətlərinə görə 1983-cü ildə Britaniya İmperiyası Ordeninin kavaleri dərəcəsi ilə təltif edilmişdi.
Nikolas Vinton 1 iyul 2015-ci ildə, 107 yaşında vəfat etmişdir.[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Zemřel Nicholas Winton, zachránce stovek židovských dětí (çeş.). zpravy.idnes.cz. 1 iyul 2015. (İstifadə tarixi: 1 iyul 2015).
- ↑ "Statue for 'British Schindler' Sir Nicholas Winton". 29 oktyabr 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2012.
- ↑ Sir Nicholas Winton, who saved hundreds of children from Nazi persecution, dies aged 106 Arxiv surəti 2 iyul 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-07-02 at the Wayback Machine
- 19 mayda doğulanlar
- 1909-cu ildə doğulanlar
- Böyük Londonda doğulanlar
- 1 iyulda vəfat edənlər
- 2015-ci ildə vəfat edənlər
- 106 yaşında vəfat edənlər
- 100 il və daha artıq yaşayanlar
- İngiltərədə vəfat edənlər
- Cəngavər bakalavrları
- "Ağ şir" ordeni kavalerləri
- Birləşmiş Krallıq uzunömürlüləri
- Holokost zamanı yəhudiləri xilas edən şəxslər
- İkinci Dünya müharibəsi