Məzmuna keç

METI

Vikipediya, azad ensiklopediya
METI mesajı

METI (ing. Messaging to Extra-Terrestrial Intelligence – Yerdən kənar sivilizasiyalara ismarışlar) – Günəş sistemindən kənarda olan potensial şüurlu varlıqlara bəşəriyyət tərəfindən ulduzlararası ismarışlar ötürmək cəhdidir.

SETI proqramı ilə əlaqəsi

[redaktə | vikimətni redaktə et]

SETI proqramından fərqli olaraq (ing. Search for Extraterrestrial Intelligence – Yerdənkənar şüurun axtarışı), METI kosmosda nəsə axtarmaq üçün deyil, şüurlu varlıqlara siqnal ötürmək üçündür.

Həmçinin, CETI (ing. Communication with Extraterrestrial Intelligence – Yerdənkənar şüurla əlaqə) layihəsi SETI və METI layihələrinin birləşməsi hesab edilməməlidir. Ünsiyyət (communication) özündə əlaqə qurmağı nəzərdə tutur, axtarış (search) və siqnal ötürmə (messaging) isə əlaqə qurma cəhdlərində qarşılıqlı əlaqəli iki prosesdir.

Göndərilmiş mesajlar

[redaktə | vikimətni redaktə et]

Ulduzlararası mesajların iki növü var: maddi və energetik (radio mesajlar). Maddi mesajların ötürülmə sürəti o qədər aşağıdır ki, ən yaxın ulduza on minlərlə il ərzində çatmaq mümkündür. Buna görə də, aydındır ki, bizim sivilizasiya Yerdən kənar sivilizasiyalarla "ünsiyyətdə" yalnız radio mesajlara[1] etibar edə bilər.

Ulduzlararası maddi mesajlar

[redaktə | vikimətni redaktə et]
  1. Pioner plastinkaları
  2. Voyager qızıl plastinkası[2]

Ulduzlararası radio mesajlar

[redaktə | vikimətni redaktə et]
  1. "Sülh", "Lenin", "SSRİ" mesajı — 1962[3]
  2. Aresibo mesajı — 1974 (M13 kürəvi ulduz klasterinə bir şüalanma seansı)[4]
  3. Kosmik Zəng — 1999 (Qonşu günəş tipli ulduzlara 4 şüalanma seansı)[5]
  4. Uşaqların Mesajı — 2001 (Qonşu günəş tipli ulduzlara 6 şüalanma seansı)[6]
  5. Kosmik Zəng — 2003 (Qonşu günəş tipli ulduzlara 5 şüalanma seansı)[7]
  6. Yerdən Mesaj — 2008 (Qliz 581 ulduzuna bir radiasiya seansı)[8]

Mesajların göndərildiyi ulduzlar

[redaktə | vikimətni redaktə et]
Adı İşarəsi Bürc Göndərilib Çatacaq Mesaj Göndərilmə yeri
Messye 13 0 planet NGC 6205 Herakl 16 noyabr 1974 təxm. 26974 Aresibo mesajı Aresibo rəsədxanası
16 Cyg A HD 186408 Qu 24 may 1999 noyabr 2069 Cosmic Call 1 Ukrayna Kosmik Vasitələrin İdarə Edilməsi və Sınaqları üzrə Milli Mərkəzi (KVİSMM)
15 Sge HD 190406 Ox 30 iyun 1999 fevral 2057 Cosmic Call 1 KVİSMM
HD 178428 Qartal 30 iyun 1999 oktyabr 2067 Cosmic Call 1 KVİSMM
Gl 777 HD 190360 Qu 1 iyul 1999 aprel 2051 Cosmic Call 1 KVİSMM
HD 197076 Delfin 29 avqust 2001 fevral 2070 Uşaq mesajı KVİSMM
47 UMa 3 qaz nəhəngi HD 95128 Böyük ayı 3 sentyabr 2001 iyul 2047 Uşaq mesajı KVİSMM
37 Gem HD 50692 Əkizlər 3 sentyabr 2001 dekabr 2057 Uşaq mesajı KVİSMM
HD 126053 Qız 3 sentyabr 2001 yanvar 2059 Uşaq mesajı KVİSMM
HD 76151 Hidra 4 sentyabr 2001 may 2057 Uşaq mesajı KVİSMM
HD 193664 Əjdaha 4 sentyabr 2001 yanvar 2059 Uşaq mesajı KVİSMM
HIP 4872 Kassiopeya 6 iyul 2003 aprel 2036 Cosmic Call 2 KVİSMM
HD 245409 Orion 6 iyul 2003 avqust 2040 Cosmic Call 2 KVİSMM
55 Cnc 5 planet

(1-i həyat zonasında)

HD 75732 Xərçəng 6 iyul 2003 may 2044 Cosmic Call 2 KVİSMM
HD 10307 Andromeda 6 iyul 2003 sentyabr 2044 Cosmic Call 2 KVİSMM
47 UMa HD 95128 Böyük ayı 6 iyul 2003 may 2049 Cosmic Call 2 KVİSMM
Qütb ulduzu HIP 11767 Kiçik ayı 4 fevral 2008 2439 Kainatın içindən Madrid Uzaq kosmosla əlaqə kompleksi
Qliz 581 3 planet

(1-i həyat zonasında)

HIP 74995 Tərəzi 9 oktyabr 2008 2029 Kainatın içindən KVİSMM
Qliz 581 HIP 74995 Tərəzi 28 avqust 2009 2030 Yerdən salam Kanberra Uzaq kosmosla əlaqə kompleksi

Proqramın tənqidi

[redaktə | vikimətni redaktə et]

Amerikalı yazıçı və alim Devid Brin hesab edir ki, siqnalların göndərilməsi düşmən niyyətli yadplanetlilərin diqqətini cəlb edə və yadplanetlilərin Yerə müdaxiləsinə səbəb ola bilər.[9] Astrofizik Stiven Hokinq də yadplanetlilərlə əlaqə qurmağın təhlükəli ola biləcəyi barədə xəbərdarlıq etmiş, bunu Kolumbun Amerikaya gəlişi ilə müqayisə etmişdi. Bu hadisənin yerli əhali üçün məlum nəticələri olmuşdu. Buna görə də onlar sivilizasiyamız daha yetkin səviyyəyə çatana qədər yadplanetlilərə siqnallar göndərilməsinin təxirə salınmasını təklif edirlər. Bununla belə, METI tərəfdarları ünvanlı siqnallar göndərməyin təhlükəsiz olduğunu bildirirlər. Onların fikrincə, bizə təhlükə yarada biləcək inkişaf etmiş sivilizasiyalar onsuz da Yer kürəsinin mövcudluğundan xəbərdardırlar.[10] Digər bir mülahizəyə görə, radio və televiziya dövrünün başlanması ilə Yer kürəsi artıq güclü informasiya mənbəyinə çevrilib. Əgər həqiqətən düşmən niyyətli yadplanetlilər mövcud olsaydılar və Yer kürəsinə zərər vermək istəsəydilər, yəqin ki, indiyədək onların diqqətini cəlb etmiş olardıq.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. ↑ "Rationale for METI". 1 noyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2011.
  2. ↑ "The Voyagers' Message in a Bottle". 15 iyun 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2006.
  3. ↑ "An Awkward History of Our Space Transmissions". 24 may 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2011.
  4. ↑ "Послание с Земли". 28 fevral 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2006.
  5. ↑ "Послание к ближайшим звёздам". 19 oktyabr 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2006.
  6. ↑ "Сигнал отправлен: 1-е детское радиопослание внеземным цивилизациям". 19 sentyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2006.
  7. ↑ "Синтез и передача межзвёздного радиопослания «Cosmic Call 2003»". 1 aprel 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may 2022.
  8. ↑ Международный открытый проект"A Message From Earth" (AMFE) Arxiv surəti 13 dekabr 2019 tarixindən Wayback Machine saytında
  9. ↑ "Shouting at the cosmos". 7 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2008.
  10. ↑ "Вероятность обнаружения земных радиосигналов враждебной суперцивилизацией". 9 yanvar 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2009.