Məzmuna keç

Konrad Adenauer

Vikipediya, azad ensiklopediya
Konrad Adenauer
alm. Konrad Adenauer‎
15 sentyabr 1949 – 16 oktyabr 1963
Əvvəlkivəzifə təsis edilib
SonrakıLüdviq Erhard
Şəxsi məlumatlar
Doğum adı Conrad Hermann Joseph Adenauer[1]
Doğum tarixi 5 yanvar 1876(1876-01-05)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 19 aprel 1967(1967-04-19)[5][2][…] (91 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti vəkil, hakim, qiymətləndirici[d], müqavimət döyüşçüsü[d], avtobioqraf[d], Almaniyanın kansleri[d], rəsm kolleksiyaçısı[d]
Uşağı Maks Adenauer
Dini katolik

Təltifləri Grand Cross special issue of the Order of Merit of the Federal Republic of Germany, special issue — 1954 German Red Cross Decoration — 1932 "Niderland şiri" ordeninin böyük cəngavər xaçı — 1960 Knight Grand Cross in the Order of the Holy Sepulchre — 1964 "Palıd tacı" ordeninin böyük xaçı — 1957 Order of the Red Eagle 4th Class — 1918 Grand Cross of the Order of Boyacá — 1953 "Müqəddəs Mixail və Georgi" ordeni — 1956 Order of the Holy Trinity — 1954 Grand Cordon of the Order of Leopold — 1956 "Fəxri legion" ordeninin böyük xaçı — 1962 Merit Cross for War Aid — 1917 "Katolik İzabella" ordeninin böyük xaçı — 1967 "Vətəndaşlıq xidmətlərinə görə" böyük xaç ordeni — 1928 Grand Cross of the Order of George I — 1954 "Qızıl mahmız" ordeni — 1955 Grand Cross of the Order of the Southern Cross — 1953 1-ci dərəcəli pavlovniya çiçəkli "Doğan günəş" ordeni — 1963 1-ci dərəcəli "Doğan günəş" ordeni — 1960 Knight Grand Cross of the Order of the Falcon — 1955 "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı — 1953 "Avstriya Respublikası qarşısında xidmətlərə görə" ordeninin böyük fəxri xaçı — 1956 Grand Cross of the Military Order of the Tower and Sword — 1963 Grand Cross of the Military Order of Christ — 1956 Grand Cross of the Order of the Aztec Eagle — 1955 Tac ordeni — 1955 Order of the Supreme Sun — 1963 Order of the White Elephant — 1960 Order of the Crown of Thailand — 1955 Iron Cross on white ribbon — 1918 Ordre de la Valeur — 1964 Order of the Star of Africa — 1960 National Order of Madagascar — 1962 Grand Cross of the National Order of the Lion — 1961 Order of Merit — 1954 Grand Cross of the Order of the Liberator General San Martin — 1962 Grand Cross of the Order of May — 1953 "Peru günəşi" ordeninin böyük xaçı — 1953 Grand Cross of the Order of the Condor of the Andes — 1955 Grand Cross of the National Order of Honor and Merit — 1955 Order of José Matías Delgado — 1955 Orden de la Independencia Cultural Rubén Darío — 1959 Ehrenzeichen für Verdienste um die Republik Österreich — 1927 Bavarian Order of Merit — 1958 Decoration for Services to the Red Cross — 1922 "Ləyaqət" milli ordeni — 1955 Juan Pablo Duarte Order of Merit — 1954
Charlemagne Prize — 1957
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konrad Adenauer (alm. Konrad Hermann Joseph Adenauer‎; 5 yanvar 1876[2][3][…], Köln[4] – 19 aprel 1967[5][2][…], Bad-Honnef[d], Reyn-Ziq[d], Köln[d], Şimali Reyn-Vestfaliya)— alman dövlət və siyasi xadimi, AFR-in ilk federal kansleri (1949–1963).

Konrad Adenauer yanvar ayının 5-i, 1876-cı ildə Kölndə anadan olmuşdur. Üç bacı-qardaşı ilə, o, sadə ailədə boya-başa çatmışdır. 1894-cü ildə məktəbi bitirdikdən sonra, əvvəlcə o, bank kargüzarı kimi, sonralar isə Frayburq, Münhen və Bonnda hüquqşünaslıq sahəsində təhsil almışdır. 1902-ci ildə Köln əyalət məhkəməsində köməkçi hakim qismində sınaqdan keçirdikdən sonra Kölndə bir vəkil ofisində çalışdı.

İrs və tərbiyə, tezliklə reynli katolik Adenaueri mərkəzə, Siyasi Katolisizm Partiyasına gətirib çıxardı. Onun siyasi karyerası 1906-cı ildə Köln şəhər müşaviri təyin edildiyi zaman başladı. O, birinci katib köməkçisi seçimindən üç il sonra bələdiyyə sədrinin müavini təyin edildi. Bacarıq və ixtiraçılığı Adenauerə xüsusilə Birinci Dünya müharibəsi zamanı Köln ərzaq təchizatı təşkilatçısı vəzifəsində uğur qazandırdı. 1917-ci ildə Köln bələdiyyə başçısı onu dövlət katibi etdi. Bu yolda addımlayaraq isə o, Prussiyanın ən gənc bələdiyyə başçısı oldu.

İş sahəsindəki uğuru onu şəxsi həyatındakı uğursuzluqlarla ilə qarşı- qarşıya qoydu. 1916-cı ildə ona üç övlad bəxş etmiş həyat yoldaşı vəfat etdi. O, özü isə bir ay boyunca xəstəxana və müalicə tələb edən ağır avtomobil qəzaşında aldığı üz xəsarətinə görə əziyyət çəkdi.

Siyasi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Veymar Respublikasında Adenauer Almaniyanın ən güclü siyasi fiqurlarından biri olmuşdur. O, Kölnü "Qərb metropolisi" etdi. 1919-cu ildə universitetin yaradılması, keçmiş qala sahəsinin yaşıl kəmərə çevrilməsi, Köln ticarətində dirçəliş, Reyn limanın uzadılması, Reyn üzərində yeni körpünün tikintisi, sənaye sahələrinin yaradılması onun işlədiyi dövrdə baş verdi.

1921-ci ildən 1933-cü ilədək onun Prussiya şurasının prezidenti vəzifəsində olması dövlət əhəmiyyətli təsirə malik oldu. Onun adı dəfələrlə Veymar Respublikası hökumətinın böhran zamanı kanslerliyə potensial namizədlərin sırasında çəkilirdi. Onun federalist və xristian-sosialist inancları "Veymar sistemi"nin əleyhdarlarının ona olan nifrətinə səbəb oldu. Faşistlər 1933-cü ildə hakimiyyətə gəldikdə, o, dərhal Köln bələdiyyə başçısı vəzifəsindən azad edilərək məmləkətindən qovuldu.

Nasism zülmü və müharibə illərində Adenauer ailəsi ilə birgə Bonn yaxınlığında kiçik şəhər Röndorfda yaşadı. Qalib Amerika 69 yaşlı günahsız siyasətçilər siyahısində üst qatda duran Adenaueri yenidən Köln başçısı elan etdi. Lakin bir neçə ay sonra, işğalçı siyasəti tənqid etdiyinə görə, səlahiyyətli Britaniya hərbi hökuməti, onu vəzifəsindən uzaqlaşdırdı. Siyasi fəaliyyətinə qoyulan qadağa dayandırılandan həmən sonra, 70 yaşlı siyasətçi indi tam olaraq diqqətini təsisindən sonra qısamüddətli qoşulduğu Xristian Demokrat İttifaqına (CDU) yönəltdi. Siyasi konsepsiyalar və proqram ideyaları ilə Birinci Dünya müharibəsindən sonra, inkişaf etmiş nasiszm dövrü ərzində, öz təcrübəsilə sınaqdan keçmiş Adenauer "siyasi partiyada ildırım karyera"ya qədəm qoydu. 5 fevral, 1946-cı ildə Adenauer Reyn CDU sədri, bir ay sonra isə Britaniya zonası üzrə CDU sədri seçildi. Oktyabr ayında isə o, Nordreyn-Vestfaliya əyalətində parlamentin CDU fraksiyasının rəhbərliyini öz üzərinə götürdü.

Adenauer yolunda həlledici addımlardan biri, 1948-ci ildə üç qərb müttəfiqləri əmri ilə yaradılmış parlament şurasının prezidenti seçilməsi və Almaniya Federativ Respublikasının konstitusiyasını hazırlaması oldu. Bu mövqe ona cəmiyyətdə hörmət qazandırdı. 73 yaşlı Adenauer 15 senytabr, 1949-cu ildə alman bundestaqının CDU/CSU fraksiyasından olan ilk kansleri seçildi. O, bu vəzifədə 14 il qaldı.

Onun başçılıq etdiyi hökumət yeni demokratiyanın uğurlu bünovrəsini qoydu. "Adenauer Erası" xarici siyasətdə əldə edilən dövlət suverenliyi, azad qərblə sıx əlaqə, Fransa və Avropa inteqrasiyası ilə barışıq, daxili siyasətdə məcburi köçkünlərin və qaçqınların inteqrasiya nailiyyəti, sosial bazar iqtisadiyyatının genişləndirilməsi, azad rəqabətin və ictimai dövlət məsuliyyətinin təşviqi ilə bağlıdır. İndiki "Alman iqtisadi möcüzəsi" daxili ictimai sülhü təmin etmədən mümkün olmazdı.

1957-ci ildə o, CDU / CSU-nun federal seçkilərdə uğur qazanan aparıcı namizədi oldu və səslərin əksəriyyətini qazandı. 1961-ci ildə o, CDU / CSU-FDP koalisiyasının yenidən kansleri seçildi və razılaşdırılmış qanunvericilikə geri döndü. 1966-cı ildə CDU sədri vəzifəsində oldu.

19 aprel 1967-ci ildə, 91 yaşında dünyasını dəyişən zaman o, almanlara Federal Respublikada azadlıq, sosial rifah və təminat bəxş edən, dünyada hörmət qazanmış dövlət xadimi idi. Konrad Adenauer Röndorf şəhərinin meşə qəbiristanlığında, sadə bir ailə məzarlığında dəfn olunmuşdur.

  1. ↑ Adenauer-Geburtsurkunde (alm.). konrad-adenauer.de. (İstifadə tarixi: 25 sentyabr 2023).
  2. 1 2 3 4 Konrad Adenauer (isveç.). // Nationalencyklopedin. (İstifadə tarixi: 9 oktyabr 2017).
  3. 1 2 Stammdaten aller Abgeordneten des Deutschen Bundestages (alm.). (İstifadə tarixi: 13 aprel 2018).
  4. 1 2 Store norske leksikon (buk.). ISSN 2464-1480. (İstifadə tarixi: 17 oktyabr 2026).
  5. 1 2 Аденауэр Конрад (rus.). // Большая советская энциклопедия: [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия. 1969—1978.
  6. ↑ LeMO Biografie Konrad Adenauer (alm.). hdg.de. (İstifadə tarixi: 25 dekabr 2016).

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  • Yadigar Sadıqlı. "Cəllada boyun əyməyən, arvadı ilə birgə həbs olunan, adını tarixə yazan "Qoca"". Bakı Mətbuat Klubu (az.). İstifadə tarixi: 18 yanvar 2026.